Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 3-cü turuna start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək. “Qalatasaray” Türkiyədə İsveç “Elfsborq”unu qəbul edəcək. Norveçin “Bodo Qlimt” komandasının rəqibi isə “Braqa” olacaq.
“Qarabağ” bu turda sabah Bakıda “Ayaks”la qarşılaşacaq. Həm “Elfsborq”, həm də “Bodo Qlimt” Azərbaycan təmsilçisinin rəqiblərindəndir.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
18:30. Braqa (Portuqaliya) – Bodo Qlimt (Norveç)
18:30. Qalatasaray (Türkiyə) – Elfsborq (İsveç)