Dünyanın beşinci raketkasi, rusiyalı tennisçi Daniil Medvedev noyabrın 10-dan 17-dək Turində keçiriləcək ATP-nin Final Turnirinə vəsiqə qazanıb. Medvedevin hazırda 4820 xalı var. Bu da ona vaxtından əvvəl turnirə dəvəti rəsmiləşdirməyə imkan verib.
Medvedev ardıcıl altıncı dəfədir ki, yekun turnirdə çıxış edəcək. Maraqlıdır ki, bu mövsüm rusiyalı fərdi yarışlarda titul qazanmayıb.
Medvedev karyerasında bir dəfə ATP-nin Final Turnirində qalib olub.
Xatırladaq ki, İtaliyada keçiriləcək mötəbər yarışa Medvedevdən başqa Yannik Sinner (İtaliya, 10.330 xal), Karlos Alkaras (İspaniya, 6710) və Aleksandr Zverev (Almaniya, 6265) da vəsiqə qazanıblar.