“Los-Anceles Leykers” komandasının basketbolçuları – Lebron Ceyms və Bronni Ceyms ilk dəfə bir MBA oyununda meydançaya çıxıblar.
39 yaşlı forvard və onun 20 yaşlı oğlu mövsümün müntəzəm çempionatında Minnesota komandasına qarşı oyunda birlikdə meydançada olublar. Onlar MBA-da ilk ata-oğul dueti kimi tarixə düşüblər.
Xatırladaq ki, “Leykers” bu yay keçirilən draftda 55-ci ümumi seçimlə Bronni Ceymsi heyətinə qatmışdı.