AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının 10-cu turu ilə bağlı sərt qərarlar verib.

Futbolinfo.az xəbər verir ki, komitə 2 komandaya texniki məğlubiyyət verib.

“Kəpəz-2” ilə oyunda futbolçu limitini pozan “Qarabağ-2” 0:3 hesablı texniki məğlubiyyət alıb. “Turan Tovuz-2” ilə matçda isə “Sumqayıt-2” legioner limitini pozduqları üçün eyni cəzaya məruz qalıb.

“Qarabağ-2” və “Sumqayıt-2”yə həmçinin 400 manat cərimə verilib.

Shares: