Formula 1 pilotu Şarl Lekler döyüş təyyarəsinin idarəetməsində özünü sınayıb.
Tədbir “CANAL+” televiziyasının təşəbbüsü ilə təşkil edilib. Yaxın vaxtlarda “CANAL+” kanalında nümayiş olunacaq sənədli film də tamaşaçılar baş verənləri izləyə biləcəklər.
“Ferrari” sürücüsünün sözlərinə görə, o, ələ düşən bu fürsəti sevinclə qarşılayıb.
“İnanılmaz fürsətdir, bütün bunları təşkil etdiyinə və mənə belə bir təyyarənin sükanı arxasında özümü sınamağa imkan verdiyinə görə “CANAL+”a təşəkkür edirəm. Bu sürətləri və hissləri adətən Formula 1 avtomobilini idarə edərkən yaşadıqlarımla müqayisə etmək çox gözəl idi. Bir həftədən sonra hər şeyi tam şəkildə görə biləcəksiniz”, – deyə Lekler sosial şəbəkə hesabında yazıb.