“Valensiya” satıla bilər. 2014-cü ildən klubun sahibi olan Peter Lim belə qərar verib.
Futbolinfo.az xəbər verir ki, 71 yaşlı sinqapurlu iş adamı bu mövsüm olduqca uğursuz çıxış edən İspaniya klubunu gücləndirə bilmir. Borcların çoxalması üzündən o, “yarasalar”la vidalaşmaq niyyətindədir.
İspaniya mətbiatının yazdığına görə Lim klubun aksiyalarının 91,5 faizini satışa çıxarır. O, 350-400 mlyon avroluq təklif gözləyir.
Hazırda klubun 340 milyon avro borcu var. Bundan başqa klub stadionunun tikintisnin yükunlaşması üçün əlavə 150 milyon avroya ehtiyac var.