“Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis “Norçöpinq”ə qarşı keçirdikləri FIBA Avropa Kubokunun oyunundan sonra baş tutan mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:

“Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi sonluğu gətirə bilmədik. Matçın sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik. Görüşdən öncə oyunçulara dedim ki, biz nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır. İstənilən halda bundan sonra da hər qarşılaşmaya qələbə üçün çıxacağıq. DeAndrenin yoxluğu hiss olunurdu. O, bizim ən çox xal qazanan basketbolçumuzdur”.

“Sabah”ın İsveç klubu ilə ev oyunu qonaqların 74:70 hesablı qələbəsi ilə başa çatıb.

Shares: