Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Ceyden Ostervolde mövsümü başa vurub.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo mətbuat konfransında məlumat verib.
Avropa Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” komandası ilə keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandıran mütəxəssis 23 yaşlı müdafiəçinin zədəsinin ciddi olduğunu bildirib:
“Mayda 1-2 oyun üçün qayıtsa, sürpriz olacaq”.
Ostervolde 2023-cü ildən “Fənərbaxça”da çıxış edir. Niderlandlı müdafiəçi cari mövsümdə 14 oyunda forma geyinib.