“Qarabağ” bu gün növbəti avrokubok sınağına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda Niderlandın “Ayaks” klubu ilə qarşılaşacaq.

Sözügedən komandaların görüşü Bakıda Bakıda təşkil olunacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Əvvəlki iki oyunundan xalsız ayrılmış “Qarabağ” hazırda Avroliqanın Liqa mərhələsinin turnir cədvəlində son sıralardadır. “Ayaks” isə ilk iki turda bir qələbə qazanıb, bir heç-heçə edib. Niderland nəhəngi hazırda 4 xalla 8-ci pillədə qərarlaşıb.

Azərbaycan çempionu doğma meydanda keçirəcəyi ikinci oyununda xal və ya xallar qazanmaq arzusundadır.

Avropa Liqası
Liqa mərhələsi

24 oktyabr
 
“Qarabağ” – “Ayaks”
Baş hakim: Nicholas Walsh
Baş hakimin köməkçiləri: Graeme Stewart, Calum Spence
Dördüncü hakim: Christopher Graham
VAR: Kevin Clancy
AVAR: John Beaton
(Hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Mehmet Murat Ilqaz (Türkiyə)
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya)
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45

Shares: