UEFA Avropa Liqasının 3-cü turunda bu gün “Qarabağ”ın qonağı olacaq “Ayaks”da bir neçə aparıcı futbolçuya istirahət veriləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Françesko Farioli əsasən az oyun şansı əldə edənlərə və gənclərə etibar edəcək. Ən diqqətçəkən məqam Bakıya gələn heyətdə 16 yaşlı müdafiəçi Jorti Mokionun da yer almasıdır. Məşqçilər korpusu bugünkü qarşılaşmada belçikalıya şans verməyi düşünür.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlayacaq.