Avropada ölkə çempionatlarının cari mövsüm üçün ən məhsuldar komandaları müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, cədvəlin ilk “10-luğ”unda Azərbaycan təmsilçisi “Qarabağ” da var.

Misli Premyer Liqasına liderlik edən Ağdam klubu geridə qalan 9 matçda rəqib qapılarından ümumilikdə 25 top keçirib. Qurban Qurbanovun yetirmələri orta hesabla hər görüşdə 2,78 qolluq göstəriciyə nail olur ki, bunun sayəsində Donetsk “Şaxtyor”u (Ukrayna) ilə 9-10-cu yerləri bölüşdürür.

Reytinqə Portuqaliya “Sportinq”i başçılıq edir. Lissabon təmsilçisinin 8 turdakı orta məhsuldarlığı 3,38 qoldur. İkinci pillədə 3,30 qolla İspaniya çempionatının lideri “Barselona” qərarlaşır. İlk “üçlüy”ü Niderland klubu PSV (3,22 qol) qapayır.

Azərbaycanın digər komandası “Sabah” isə bu baxımdan Avropada 50-ci sıradadır. Paytaxt təmsilçisi 10 matçda 20 dəfə fərqlənib ki, orta hesabla hər qarşılaşmaya 2 qol düşür.

Shares: