Basketbol üzrə Avroliqa turnirində 5-ci tura start verilib. İlk oyun günündə cəmi bir qarşılaşma baş tutub.

Serbiyada “Partizan” İtaliyanın “Virtus” komandasını qəbul edib. Bolonya təmsilçisi 70:69 hesabı ilə rəqibini məğlubiyyətə uğradıb. Bu onların cari çempionatda ilk qələbəsi olub.

Qalib komandanın heyətində ən çox xalı keçən il “Anadolu Efes”də keçirən Klaybörn qazanıb. Onun 27 xalı “Virtus”un qələbəsində önəmli paya sahib olub.

Bu gün Avroliqada daha 5 oyun keçiriləcək. Əsas maraq doğuran qarşılaşma favoritlərdən sayılan “Monako”nun “Paris”lə görüşüdür.

Shares: