FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Futbolinfo.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi cədvəldə 5 pillə geriləyib.

Oktyabr ayının reytinqinə əsasən, yığmamız 1161,8 xalla 118-ci pillədə qərarlaşıb. Zimbabve, Livan, Qvineya Bissau, Mavritaniya və Namibiya millimizi qabaqlayan ölkələrdir.

FIFA reytinqinə 1883,5 xalla Argentina başçılıq edir. Fransa (1859,850) ikinci, İspaniya (1844,33) üçüncü pillədədir.

Qeyd edək ki, növbəti FIFA reytinqi noyabrın 28-də açıqlanacaq.

Shares: