“Turan Tovuz”un futbolçusu Emannuel Hakmanın futbolinfo.az saytına müsahibəsi
– “Sumqayıt” üzərində 4:2 hesablı qələbəni necə dəyərləndirirsən?
– Oyuna çox yaxşı hazırlaşdıq, çünki “Sumqayıt”ın güclü komanda olduğunu bilirdik. Amma qalib gələcəyimizə də inanırdıq.
– “Zirə”yə də, “Sumqayıt”a da qalib gəldiniz. Bu ardıcıl qalibiyyətlərdən sonra mövsümün sonuna qədər 2-ci yeri qoruya biləcəyinizi deyə bilərik?
– Bu, futboldur və hər şey ola bilər. Hazırda cədvəldə ikinciyik, amma qarşıda hələ 26 oyunumuz var və asan olmayacaq. Mövsümün sonuna kimi yaxşı mövqedə olacağımızı düşünürəm.
– Kurban Berdiyevdən sonra “Turan”da çox şey fırqli oldu. İndi siz iddialı komandasınız. Baş məşqçi komandada nəyi dəyişdi?
– Bəli, o, çox yaxşı məşqçidir. Hər kəs bilir ki, Kurban Berdıyevin komandaya təsiri böyükdür. Mən də baş məşqçimizdən çox şey öyrənmişəm.
– Berdiyev müdafiədə futbolu ilə məşhurdur. Amma son oyunda siz “Sumqayıt”dan 2 qol buraxdınız. Bunun üçün o, sizə qəzəbləndi?
– Düzünü desəm, o, buraxdığımız qollarla bağlı hələ heç nə deməyib, buna görə də əsəbi olub-olmadığını deyə bilmərəm. Amma heç kəs qol buraxmağı istəməz.
– Növbəti oyun “Kəpəz”lə olacaq. Hansı ki, onlar sonuncu mövqedədirlər. Əgər qalib gələ bilməsəniz, bu, sizin üçün faciə olacaq?
– Xeyr, faciə olmayacaq, çünki “Kəpəz”ə hörmət edirəm, yaxşı komandadır, ona görə də hər oyun kimi bu oyuna da yaxşı hazırlaşırıq.
– Bu oyun Qərb derbisi sayılır. Oyunlardan əvvəl derbi havasını hiss edirsiz?
– Yox, düşünürəm ki, bu, bizim üçün normal, sıradan oyundur.
AĞA