“Ayaks” Niderlandın ən titullu klublarından biridir. Ona görə də futbolçularımızda motivasiya daha yüksək olacaq. Çünki “Qarabağ” güclü rəqiblərə qarşı özünü çox yaxşı göstərir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında təcrübəli mütəxəssis Yunis Hüseynov deyib.

O, bu gün keçiriləcək “Qarabağ” – “Ayaks” oyununda Ağdam təmsilçisinin istəyinə nail olacağına inanır: “Qarabağ”a uğurlar arzulayıram. İnşallah bu gün istəklərinə nail olarlar. Təəssüf ki, komanda ötən matçlarda məğlub olmuşdu. Buna baxmayaraq, məncə, bu gün tam fərqli şeylər bizi gözləyir. Azarkeşlərimizin dəstəyi ilə “köhlən atlar”dan yaxşı nəticə gözləyirəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: