Tibo Kurtua komandasının oyunundan razı deyil. “Real”ın qapıçısı Dortmund “Borussiya”sını 5:2 hesabı ilə məğlub etdkləri Çempionlar Liqası matçının startındad məmnun qalmayıb.
Futbolinfo.az xəbər verir ki, matçda bir neçə qurtarışla yadda qalan belçikalı deyib: “Oyunlara ikinci hissədə oynadığımız kimi başlamalıyıq. Fasiləyə kimi iki top buraxıb sonra geridönüş etməyə çalışmaq yaxşı deyil. Bunu hər zaman bacarmaya da bilərik”.
Kurtua ilk yarının sonunda Yulian Brandtın təhlükəli zərbəsini dəf etməsini yada salıb: “Bacarmasaydım, hesab 3:0 olacaqdı və vəzyyət daha pis xarakter alacaqdı. Hər zaman bəxtim gətirməyəcək”.
Xatırladaq ki, Kurtua son matçda zədələnib. Bu üzdən o, “Barselona” ilə La Liqa matçını buraxacaq.