“Şaxtyor”un direktoru Sergey Palkin Mixaylo Mudrik barədə danışıb. O, “Çelsi”nin cinah hücumçusundan faydalana bilməməsindən məyusdur.

Futbolinfo.az xəbər verir ki, Ukrayna klubunun təmsilçisi deyib: “Sürməyi bacarmırsansa, “Ferrari” almamalısan. Alırsansa, onu necə idarə edəcəyini bilməlisən. Mudrik əla oyunçudur, ondan istifadə edə bilsələr, fərq yaratmağı bacaracaq”.

Xatırladaq ki, londonlular Mudriki 2023-cü ilin yanvarında “Şaxtyor”dan 70 milyon avro ödəyərək alıb. 2031-ci ilin yayınadək müqavilə bağlayan 23 yaşlı oyunçu təsadüfi hallarda heyət üzü görür.

Shares: