Aleksandr Zinçenko “Mançester Siti”də başına gələn hadisəni danışıb. Ukraynalı yarımmüdafiəçi baş məşqçi Xosep Qvardiola ilə münasibətlərinin korlanmasının səbəbini izah edib.
Futbolinfo.az xəbər verir ki, Zinçenko bu hadisənin klubdan ayrılması ilə nəticələndiyini bildirib: “Bir gün məşqdə Pep verdiyimi ötürməni tənqid etdi. Yüksək səslə cavab qaytardım: “Cənab, cəmi bir yanlışlığa yol verdim. Bunu bilirsizmi?” Onun cavabı inanılmaz idi: Tamam, üzr istəyirəm. Uşaqlar, məşq bitdi, hamı içəri”. Beləcə mənim qarşılıq berməyim üzündən məşq erkən bitdi. Başımın dərddə olduğunu həmin gün anladım”.
Xatırladaq ki, 5 il “şəhərlilər”in şərəfini qoruyan Zinçenko, həmin hadisədən sonra – 2022-ci ilin yayında 35 milyon avro qarşılığında “Arsenal”a satıldı. 27 yaşlı ukraynalının londonlularla müqaviləsi ilyarımdan sonra başa çatacaq.