“Qarabağ” bu gün növbəti avrokubok sınağına çıxıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda Niderlandın “Ayaks” klubu ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edib.

Əvvəlki iki oyunundan xalsız ayrılmış “Qarabağ” bu oyunda ilki gerçəkləşdirməyə çalışsa da, istəyinə çata bilməyib. İki futbolçusunun qırmızı vərəqə aldığı oyunda 3 cavabsız qol buraxan təmsilçimiz ardıcıl üçüncü məğlubiyyətinə üzülüb.

Avropa Liqası
Liqa mərhələsi

24 oktyabr
 
“Qarabağ” – “Ayaks” 0:3
Qollar: Kennet Teylor, 36. Vaut Veqhorst, 74. Çuba Akpom, 77.
Qırmızı vərəqələr: Julio Romao, 15. Elvin Cəfərquliyev, 80 (ikinci sarı).
Baş hakim: Nicholas Walsh (Şotlandiya).
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45

Qarabağ: 99. Mateuş Koxalski, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 11. Emmanuel Adday, 13. Bəhlul Mustafazadə, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov. 
Ayaks: 22. Remko Pasver, 2. Devayn Renç, 4. Yorrel Hato, 6. Cordan Henderson (k), 8. Kennet Teylor, 11. Mika Qodts, 24. Daniele Ruqani, 25. Vaut Veqhorst, 28. Kian Fits-Cim, 29. Kristian Rasmussen, 37. Yosip Şutalo.
Ehtiyat oyunçular: 12. Cey Qorter, 40. Diant Ramay, 3. Anton Qoei, 5. Ouen Veyndal, 9. Brayan Brobbi, 10. Çuba Akpom, 13. Ahmetcan Kaplan, 20. Bertrand Traore, 21. Branko van der Bomen, 31. Jorti Mokio, 33. Benjamin Tahiroviç, 49. Ceydo Banel.
Baş məşqçi: Françesko Farioli.

Shares: