“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın 11-ci turunda “Barselona” ilə keçiriləcək “el klasiko”da meydana çıxa bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Borussiya” (Dortmund, Almaniya) ilə matçında zədələnib.

Əlcək sahibi zədə üzündən 3-4 həftə yaşıl meydanlardan kənar qala bilər.

Xatırladaq ki, daha öncə bu oyunda zədələnmiş Rodriqonun da növbəti oyunlarda “Real”a kömək edə biləcəyi açıqlanmışdı.

Shares: