“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini əldə edib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci turda İsrailin “Etude Ramat Qan Dov Porat Memorial” klubu ilə üz-üzə gəlib
Komanda rəqibini 4:2 hesabı ilə üstələyib.
Şahmatçılarımız əvvəlki dörd turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” (3,5:2,5) və İsveçrənin “Riksen” (4:2) kollektivlərini üstələyib, Rumıniyanın “Superçess” klubuna isə 1:5 hesabı ilə məğlub olublar.