Bu gün Misli Premyer Liqasında 11-ci tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.

Turun ilk oyunu Tovuzda keçiriləcək. Qərb derbisində “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək.

Bu turun “Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Sumqayıt” görüşləri sabah keçiriləcəksə, “Sabah” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” görüşləri ayın 27-nə təsadüf edəcək.

Misli Premyer Liqası
11-ci tur

25 oktyabr

“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu. 19:00.

Shares: