Avropa Liqasının Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun son günündə 16 qarşılaşma baş tutub.

Türkiyə klublarından “Fənərbaxça” doğma meydanda İngiltərənin “Mançester Yunayted” komandası ilə heç-heçə edib. “Beşiktaş” isə “Qarabağ”ın rəqiblərindən olan Lion “Olimpik”indən (Fransa) üstün olub.

Azərbaycan çempionunun digər rəqiblərindən “Olimpiakos” (Yunanıstan) səfərdə İsveçin “Malmö” kollektivinə qalib gəlib. Rumıniya təmsilçisi “Styaua” isə Şotlandiyada “Reyncers”ə böyük hesabla məğlub olub.

Avropa Liqası
Liqa mərhələsi

24 oktyabr

“Roma” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0
Qol: Dovbik, 23-pen.

“Ayntraxt” (Almaniya) – RFS (Latviya) 1:0
Qol: Larsson, 79.

PAOK (Yunanıstan) – “Viktoriya” (Plzen, Çexiya) 2:2
Qollar: Tissudali, 84. Baba, 90+3 – Havel, 31. Vidra, 39.

“Makkabi” (Təl-Əviv, İsrail) – “Real Sosyedad” (İspaniya) 1:2
Qol: Turgeman, 81 – Paçeko, 19. S.Qomes, 64.

“Ferentsvaroş” (Macarıstan) – “Nitsa” (Fransa) 1:0
Qol: Bombito, 15-öz qapısına.

“Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) 0:3
Qollar: K.Teylor, 36. V.Veqhorst, 74. Ç.Akpom, 77.

“Midtyulland” (Danimarka) – “Yunion” (Belçika) 1:0
Qol: Diao, 18.

“Portu” (Portuqaliya) – “Hoffenhaym” (Almaniya) 2:0
Qollar: Djalo, 45+2. Samu, 75.

“Reyncers” (Şotlandiya) – “Styaua” (Rumıniya) 4:0
Qollar: Laurense, 10. Çernı, 31; 55. İqamane, 71. 

“Tottenhem” (İngiltərə) – “Alkmaar” (Niderland) 1:0
Qol: Riçarlison, 52-pen.

“Olimpik” (Lion, Fransa) – “Beşiktaş” (Türkiyə) 0:1
Qol: J.Fernandes, 71.

“Fənərbaxça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar: En Nesiri, 49 – K.Eriksen, 15.

“Malmö” (İsveç) – “Olimpiakos” (Yunanıstan) 0:1
Qol: El Kaabi, 30.

“Atletik” (İspaniya) – “Slaviya” (Praqa, Çexiya) 1:0
Qol: N.Uilyams, 33.

“Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) 2:0
Qollar: Edozi, 67. Dreyer, 90+5.

“Tvente” (Niderland) – “Latsio” (İtaliya) 0:2
Qollar: Pedro, 35. İsaksen, 87.

Shares: