Avropa ölkələrinin növbəti reytinq cədvəli açıqlanıb.

Futbolinfo.az saytı xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında 3-cü turun oyunlarından sonra sıralamada müəyyən dəyişikliklər olub.

Lakin Azərbaycan 28-ci pillədəki mövqeyində qalıb. Buna səbəb “Qarabağ”ın ölkə reytinqinə xal yazdıra bilməməsidir. Ağdam təmsilçisi Avropa Liqası çərçivəsində evdə “Ayaks”a 0:3 hesabı ilə məğlub olub. Cari mövsüm 2.375 əmsala malik ölkəmiz ümumilikdə 19.125 əmsala malikdir və irəliləmək imkanını əldən verib. Eyni xala malik Bolqarıstan digər göstəricilərə görə Azərbaycanı qabaqlayır.

UEFA reytinqinə 94.303 əmsalla İngiltərə başçılıq edir.

Shares: