UEFA Avropa Liqasında 3-cü tur geridə qalıb.

Futbolinfo.az xəbər verir ki, baş tutan matçlardan sonra turnir cədvəli yenilənib.

Üç turdan sonra cəmi 3 komanda aktivinə xal yazdıra bilməyib. Bunlar Azərbaycan çempionu “Qarabağ”, Ukrayna təmsilçisi “Dinamo” (Kiyev) və Təl-Əviv “Makkabi”sidir (İsrail). Top fərqi ən pis olan “Qarabağ” (1:8) hazırda 36 komanda arasında sonuncu pillədədir.

Üç komanda isə yoluna itkisiz davam edir. “Latsio” (İtaliya), “Tottenhem” (İngiltərə) və “Anderlext” (Belçika) keçirdikləri hər üç görüşdə qələbə qazanaraq, 9 xal toplayıblar. Dünən Bakıda “Qarabağ”ı məğlub edən “Ayaks” 7 xalla dördüncü pillədə qərarlaşıb.

Shares: