Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Roberto Mançini istefaya göndərilib. Bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb.

Bundan əvvəl Mançininin qeyri-qənaətbəxş nəticələrə, eləcə də məşqçi ilə komanda arasında münasibətlərin pisləşməsinə görə millini tərk edəcəyi bildirilirdi. 59 yaşlı mütəxəssis 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edirdi. Komanda onun baş məşqçiliyi altında son 5 qarşılaşmadan yalnız 1-də qələbə qazanıb. Həmçinin daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının bu vəzifəyə Zinəddin Zidanı gətirmək istədiyi haqda məlumatlar da yayılmışdı.

Xatırladaq ki, Mançini karyerası ərzində “İnter”, “Mançester Siti”, “Qalatasaray”, “Zenit”, “Latsio”, “Fiorentina” kimi klublara baş məşqçilik edib. O, İtaliya millisini də çalışdırıb və yığma ilə Avro-2020-nin qalibi olub.

Shares: