“Mançester Yunayted” tarixinin ən pis günlərni təkrarlamaqdadır. İngiltərə Premyer Liqası bir yana, komanda avrokubokda da uğursuzdur.

Futbolinfo.az xəbər verir ki, dünən “Fənərbağça” ilə 1:1 hesabıyla heç-heçə edən mankunianlar Avropa Liqasında ardıcıl 3-cü bərabərliyə imza atdı. Komanda ümumilikdə qitə yarışlarında son 6 oyunda qələbə görmür, onların 2-də uduzub. Mançesterlilərin qitə yarışlarında ardıcıl 6 matçda qələbə görmədiyi son dövr 1980-83-cü illərdə olub.

Bu nəticələr baş məşqçi Erik ten Haqın kreslosunu daha da laxladıb. İstefaya göndərilməsi az qala hər həftə gündəmə gələn niderlandlı mütəxəssis in taleyi Premyer Liqadakı növbəti matçların nəticəsindən asılı olacaq.

Shares: