Basketbool üzrə Avroliqada 5-ci tura yekun vurulub. Litvanın “Jalgiris” komandası növbəti qələbəni qazanmaqla turnir cədvəlinin lideri olub. Bu dəfə onlar doğma meydançada “Makkabi”dən üstün olublar – 78:63.

Derbi sayıla biləcək “Monako” – “Paris” oyunu debütantın qələbəsi ilə başa çatıb. Fransa paytaxtının komandası 87:80 hesabı ilə qalib gəlib. Oyunun qəhrəmanı 28 xal toplayan Şorts olub.

“Baskoniya” çətinlik çəkmədən doğma meydançada “Alba”nı məğlubiyyətə uğradıb – 80:57. “Anadolu Efes” isə Milandan qələbə ilə dönüb – 96:84. Meydan sahiblərinin oyunçusu Mirotiç görüşü 29 xalla tamamlayıb. Madrid “Real”ı evdə “Srvena Zvezda”dan üstün olub – 95:72.

Shares: