“Ferrari” komandasının sürücüsü Şarl Lekler Meksika qran-prisindən əvvəl təşkil edilmiş ənənəvi parada yerli geyimdə çıxıb. Moneqask pilotun əynində Meksika folklorunun ən geniş yayılmış janrlarından biri olan mariaçi xalq musiqisi ifaçısının paltarı olub.

Xatırladaq ki, Meksika mərhələsinə bu gün start veriləcək. Lekler hazırda çempionatda 275 xalla üçüncü pillədə qərarlaşıb. İkinci yeri “McLaren” komandasını təmsil edən britaniyalı Lando Norris (297) tutur. Çempionatda lider “Red Bull”un niderlandlı pilotu Maks Ferstappendir. Onun aktivində 354 xal var.

Shares: