İngiltərənin “Arsenal” klubunun futbolçusu Rikkardo Kalafiori zədələnərək bir neçə həftəlik sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, italiyalı müdafiəçi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Şaxtyor”la (Ukrayna) matçda dizindən zədə alıb.
22 yaşlı müdafiəçi ötən ay yığmanın heyətində Millətlər Liqasının Fransa ilə görüşündə də zədələnmişdi.
Kalafiori cari mövsüm “Arsenal”ın heyətində 10 oyunda meydana çıxıb və 1 qol vurub.