FİBA Avropa kubokunun müntəzəm mövsümündə G qrupunun 4-cü turu çərçivəsində keçiriləcək “Sabah” basketbol komandası ilə “Spiru” (Belçika) arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 2,3 və 5 manat təşkil edir.

Oktyabrın 30-da saat 19:00-da başlayacaq oyuna biletləri “iticket.az”da əldə etmək mümkündür.

“Sabah” qrupdakı üç görüşü də uduzub.

Shares: