Joze Mourinyo gələcəkdə komanda seçərkən avrokuboklarda iştirak etməyən kluba üstünlük verəcəyini bildirib.
“Fənərbağça”dan ayrıldığım zaman mənim üçün ən yaxşı seçim avrokuboklarda oynamayacaq kluba rəhbərlik etməkdir. Bu, mənə əlavə stress verir. Ona görə də avrokuboka vəsiqə qazanmayan komanda daha məqbul variantdır. Beləliklə, iki ildən sonra İngiltərənin hər hansı autsayder klubuna məşqçi lazım olarsa, mən hazıram.
Bu haqda daha heç nə demək istəmirəm (“Mançester Yunayted”lə oyunda qırmızı vərəqə alması haqda). Etiraz edib apellyasiya versəm, altı aylıq diskvalifikasiya alacağam”, – deyə İstanbul klubunun baş məşqçisi bildirib.