Azərbaycan cüdo millisinin baş həkimi Ramil Vəliyev Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə İtaliyanın paytaxtı Romada keçirilən 15-ci Qabaqcıl Komanda Həkimləri Kursunda iştirak edib.
Futbolinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirə dünyanın 39 ölkəsindən 100-dən çox həkim, ortoped cərrah və fizioterapevt qatılıb.
Kurs Beynəlxalq Olimpiya Komitəsinin Elm və Tibb Komissiyasının təşkilatçılığı ilə idman sahəsində yüksək ixtisaslı komanda həkimləri üçün nəzərdə tutulub.
Məşhur idman həkimləri, akademiklər tərəfindən interaktiv mühazirələr və tapşırıqlar vasitəsilə idman tibbində mürəkkəb halların müzakirəsi aparılıb.