UEFA Təl-Əvivin “Makkabi” komandasının futbolçularının təhqir olunması ilə bağlı məsələni araşdırır.
Hadisə oktyabrın əvvəlində Avropa Liqasında Danimarkanın “Midtyulland” klubu ilə oyunundan (0:2) sonra baş verib.
Təl-Əviv klubunun nümayəndələri Danimarka klubunun türk futbolçusu Aral Şimşirin rəqiblərinə “Fələstinə azadlıq” qışqırmasından və ölüm arzu etməsindən şikayətləniblər.
Bundan sonra UEFA araşdırma aparmaq üçün müfəttiş təyin edib. Dünən UEFA-nın Şimşirə qarşı intizam işi açdığı məlum olub.
Qeyd olunur ki, matç başa çatdıqdan sonra Şimşirlə “Makkabi”nin bir neçə futbolçusu arasında mübahisə yaşanıb. İsrail klubu bunun türk futbolçunun sözlərinə görə baş verdiyini hesab edir.