Biznesmen və MBA-da çıxış edən “Dallas Maveriks” klubunun həmsahibi Mark Küban ABŞ prezidentliyinə namizəd Kamala Harrislə söhbəti zamanı bu posta digər namizəd Donald Trampı tənqid edib.
Xatırladaq ki, bir müddət əvvəl Tramp seçiləcəyi təqdirdə Çindən gələn bütün mallara ölkə daxilində istehsalı stimullaşdırmaq üçün rüsumlar tətbiq edəcəyini bildirmişdi.
“Mənim üçün Donald Tramp Milad bayramını oğurlayan Qrinçdir. Gələn il biz uşaqlarımız üçün Milad hədiyyələri aldıqda ciddi şəkildə düşünmək məcburiyyətində qalacağıq. O, Çindən gələn bütün mallara 60 faiz tarif tətbiq etsə, hədiyyələrin qiymətləri qalxacaq. Donald Tramp hər şeyi məhv etmək istəyir”, – deyə Küban Kamala Harrislə söhbəti zamanı qeyd edib.