Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti komandasının “Barselona” ilə İspaniya La Liqasının 11-ci turdakı matçına hazırlığından danışıb.

Oyun Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

“Komandanın motivasiyası əladır. Klassikolar rəqabətli və gərgin matçlardır, lakin onlar həm də bir qədər əyləncəlidir. Azarkeşlərimiz qarşısında yaxşı çıxış etmək istəyirik. “Barselona” çox cəsur, yaxşı futbol oynayan komandadır. Biz matça məsuliyyətlə hazırlaşmalı və mümkün qədər yaxşı çıxış etməyə çalışmalıyıq”, – deyə italyan mütəxəssis İspaniyanın məşhur nəşri AS-a müsahibəsində bildirib.

Shares: