Azərbaycan 1-ci Liqasında 6-cı turun oyunları davam edir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

“Baku Sportinq” “Qaradağ Lökbatan”la matçda qələbəyə sevinib. “Difai” isə “Zaqatala”ya qalib gəlib. 

Tur sabah oynanılacaq bir görüşlə yekunlaşacaq.

1-ci Liqa
6-cı tur

25 oktyabr

“Qaradağ Lökbatan” – “Baku Sportinq” 2:3
Qollar: Ramin Məhərrəmli, 53. Araz Abdullayev, 64 – Şahin Balejai, 21. İsa Zeynallı, 78; 83.
Hakimlər: Əli Əliyev, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Rəsul Babayev.

“Difai” – “Zaqatala” 3:1
Qollar: Xəyyam Məmmədli, 28. Muhamməd Alfa, 45+1. Emil Quluzadə, 80 – Roini İsmayılov, 88.
Hakimlər: Rəvan Həmzəzadə, Asiman Əzizli, Samir Qaracayev, Nazim Abdullayev.

Shares: