Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada iştirak edən Azərbaycan gimnastları finala vəsiqə qazanıblar.
Futbolinfo.az xəbər verir ki, aerobika gimnastikası üzrə yarışda iştirak edən təmsilçilərimizdən Sara Əlixanlı və Məryəm Topçubaşova fərdi olaraq həlledici mərhələyə yüksəliblər.
Üçlük proqramında Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova uğuru çıxışları ilə yadda qalıblar.
Qrup hərəkətlərində isə Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya finala adlayıblar.
Gimnaziadada gimnastika yarışları oktyabrın 26-da başa çatacaq.