Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasında növbəti qolunu vurub.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma 2-ci Bundesliqanın 10-cu turuna təsadüf edib.
Doğma meydanda “Regensburq”u qəbul edən “Nürnberq”in heyətində ikinci qolu 23-cü dəqiqədə Mahir Emreli rəqibin qapısından keçirib.
Hazırda davam edən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.
27 yaşlı hücumçu komandasının heyətində ilk qolunu ötən həftə “Qroyter Fyurt”la matçda vurmuşdu.