“Turan Tovuz”la oyundan sonra “Kəpəz”in baş məşqçisi Azər Bağırov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətə belə şərh verib:
“Məncə, hamı üçün maraqlı oyun oldu. Sadəcə, bəzi nüanslar çatmadı. Uşaqlar yaxşı oyun keçirdilər. Mənim üçün bəzi sürprizlər də, yaxşı cəhətlər də oldu. Oyunçulara təşəkkür edirəm. Bəzi məsələləri yəqin ki, görənlər qiymətləndirib, təhlil edəcəklər. Qapımıza vurulan ilk qol epizodu, oyunun son iki dəqiqəsində olmayan cərimələr müzakirə mövzusudur. Mən hakimlərin ədalətinə inanmıram”.