Azərbaycan Basketbol Liqasında 2-ci turun daha bir oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, B qrupunda “Sumqayıt” evdə “Lənkəran”la qarşılaşıb.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş qonaq komandanın 93:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun açılış matçında A qrupunda “Naxçıvan” NTD kollektivinə 72:71 hesabı ilə qalib gəlib.

2-ci turun digər matçları oktyabrın 26-27-də reallaşacaq.

Shares: