Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda Bolqarıstan çempionatının 13-cü turunda öz meydanında “Septemvri”ni qəbul edib.

Görüş “Arda”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal oyunun 66-cı dəqiqəsində meydana daxil olub.

“Arda” hazırda turnir cədvəlində 21 xalla 6-cı yerdədir.

Shares: