Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün 2 oyun baş tutacaq.

Əvvəlcə “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. Günün digər oyunu “Səbail”lə “Sumqayıt” arasında keçiriləcək.

Xatırladaq ki, turun ilk oyununda “Turan Tovuz” “Kəpəz”i 2:1 hesabıyla məğlub edib. “Sabah” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
11-ci tur

26 oktyabr

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
“Liv Bona Dea Arena”. Saat 16:00.

“Səbail” – “Sumqayıt”
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.
“ASCO Arena”. Saat 18:30.

Shares: