MBA-da bu gecə 10 oyun keçirilib. Ən böyükhesablı qələbə “Yuta Caz” – “Qolden Steyt Vorriors” görüşündə qeydə alınıb – 86:127. Qalib komandanın heyətində Karri 20 xal toplayıb.

Alperen Şengünün komandası ikinci oyunda qələbə qazana bilib. “Hyuston Rokets” “Memfis Qrizliz”dən üstün olub – 128:108. Türkiyəli basketbolçu ardıcıl ikinci oyunu da dabl-dablla yadda qalıb (16 xal və 15 ribaund).

Filadelfiya komandası yenə də məğlubiyyətlə üzləşib. Coel Embiidin yoxluğunda “Siksers” “Toronto Reptors”a 107:115 hesabı ilə uduzub.

Los-Ancelesdə keçirilən oyunda Lebron Ceymsin komandası “Finiks Sans”dan üstün olub – 123:116. Meydan sahiblərinin lideri Edvards oyunu 35 xalla tamamlayıb. Lebronun özü isə 21 xal yığıb. Qonaq komandada Buker 30, Dürant isə 23 xalla oynayıb.

Shares: