“Aston Martin” komandasının 43 yaşlı ispaniyalı pilotu Fernando Alonso Formula 1-in tarixinə düşüb.
O, yarışların tarixində 400 qran-pridə iştirak edən ilk sürücü olub. Bazar günü baş tutan final isə onun üçün karyerasında 397-ci yarış olacaq. Qeyri-adi hadisə baş verməsə , ikiqat çempion Las-Veqasda 400-cü startına çıxacaq.
Xatırladaq ki, Fernando Alonso 2001-ci ildə “Minardi” komandasının heyətində debüt edib. O vaxt ispan pilotun 20 yaşı olub. Alonso ilk qran-prisini Avstraliyada keçirib.