Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda mübarizəyə başlayır.
Futbolinfo.az xəbər verir ki, 2-ci mərhələdən yarışa qoşulan təmsilçimiz Kür Olimpiya Tədris-İdman Mərkəzində Kiprin “Parnassos Strovolu” komandası ilə üz-üzə gələcək.
Xorvatiyalı hakimlər Stefan Berdiç və Filip Sorakın idarə edəcəyi qarşılaşma saat 17:00-da başlayacaq.
Komandalar arasında cavab matçı da sabah Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.