Azərbaycan Basketbol Liqasında bu gün 2-ci turun daha iki oyunu keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, günün ilk görüşündə B qrupunda yer alan komandalar – “Ordu” və “Şəki” üz-üzə gələcək.

Bakı İdman Sarayında baş tutacaq matçın start fiti saat 12:30-da səslənəcək.

Digər qarşılaşmada isə A qrupunda “Sərhədçi” “Abşeron”la münasibətlərinə aydınlıq gətirəcək.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 2-ci tura sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.

Shares: