Kürdəmir rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunan stolüstü tennis turniri keçirilib.

Futbolinfo.az xəbər verir ki, yeniyetmə və gənclər arasında təşkil olunan yarışda 20 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Yarışın keçirilməsində əsas məqsəd idmanın stolüstü tennis növünün gənclər arasında populyarlaşdırılmasına, asudə vaxtlarını səmərəli keçirməsinə nail olmaq, həm də fiziki sağlamlıqlarının təmin edilməsindən ibarət olub.

Yarışın sonunda qalib gələn tennisçilərin adına aydınlıq gəlib.

Qızlar arasında:

I yer: Pənahova Dəniz

II yer: Tahirova Mehriban

III yer: Heydərova Səma

Oğlanlar arasında:

I yer: Abdullayev Nicat

II yer: Məmmədəliyev Rüfət

III yer: Üzeyirzadə Elbəy

Qaliblər təşkilatçılar tərəfindən təsis edilən diplom və medallarla təltif olunublar.

BƏHRUZ MUSAYEV

f401a2fa b293 403f 83c4 a1c999e6792a - Futbolinfo.az
Shares: