Yaponiyalı Morinari Vatanabe yenidən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti seçilib. Seçkilər təşkilatın oktyabrın 24-dən 26-dək Dohada keçirilən konqresində baş tutub.

Məlumata görə, səsvermədə Vatanabe 102, onun rəqibi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov isə 54 səs toplayıb.

Yaponiyalı 2017-ci ildən etibarən FIG-ə başçılıq edir. 65 yaşlı Morinari Vatanabe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti postuna namizədlərdən biridir.

Shares: