“Los-Anceles Leykers”in baş məşqçisi JJ Redik, komandanın yeni oyunçusu Bronni Ceymsin MBA İnkişaf Liqasında (G-League) çıxış edən “Saut Bey”ə göndərilə biləcəyini açıqlayıb. ESPN-in məlumatına görə, bu, “Leykers”in noyabrın 6-da başa çatacaq səfər turundan sonra gerçəkləşəcək.

“Bizim planlarımız həmişə vəziyyətdən asılı olaraq dəyişir. Düşünürəm ki, bu gün heyətdə hər matçda görünməyən iki nəfər var. Bronninin “Leykers”dən “Saut Bey”ə keçməsi ilk gündən planda var idi. Baş menecer Rob Pelinka və mən müntəzəm olaraq bu barədə danışırdıq. Lebron da bu barədə danışırdı”, – deyə Redik ESPN-ə müsahibəsində qeyd edib.

İnkişaf Liqasında draft bazar günü gecə baş tutacaq və komandanın təlim-məşq toplanışı noyabrın 7-dək davam edəcək. “Saut Bey” G Liqasında mövsümə noyabrın 9-da “Solt Leyk Siti Stars”a qarşı oyunla başlayacaq.

Xatırladaq ki, basketbolçunun atası Lebron Ceyms də bu komandada oynayır. Onlar son oyunda eyni vaxtda meydana çıxaraq tarixə düşmüşdülər.

Shares: